O, təmsil etdiyi qurumla əlaqə saxlamayıb O, təmsil etdiyi qurumla əlaqə saxlamayıb

Xalidə Xalid indi haradadır?

O, təmsil etdiyi qurumla əlaqə saxlamayıb



İranda həbs edilən və Şeyxulislam Hacı Allahşükür Paşazadənin səfəri zamanı azadlığa buraxılan AMEA-nın əməkdaşı Xalidə Xalid hələ ailəsi və əməkdaşı olduğu qurumla əlaqə saxlamayıb. Bu barədə məlumatı AzNews.az-a X.Xalidin AMEA-da çalışdığı şöbənin müdiri, professor Vaqif Arzumanlı verib.

V.Arzumanlının sözlərinə görə, onlar da X.Xalidin azad edilməsini mətbuatdan öyrəniblər: "Mən ümid edirdim ki, Şeyxin səfəri bu baxımdan da uğurlu olacaq. Xalidə xanımın azad edilməsi xəbəri ilə bağlı oğlu ilə də əlaqə saxlamışam. Ancaq indiyə qədər Xalidə Xalid ailəsi ilə telefonla danışmayıb. Bizdə olan məlumata görə onun Azərbaycana nə zaman qaytarılacağı bu gün məlum olacaq".

Elnarə Əlosmanqızı
AzNews.az