06:17
(077) 610-22-33

“Hicab məhbusları”na hökm oxundu

  • >
357 20 May 2013 16:30 | Hadisə

Bu gün Nərimanov rayon məhkəməsində Təhsil Nazirliyinin binası qarşısında 5 oktyabr 2012-ci ildə keçirilmiş hicabın qadağan edilməsinə qarşı etiraz aksiyasının iştirakçısı olan 10 dindar barəsində hökm çıxarılıb



Məhkəmə Türkel Rəsulov, Elnur Həsənov, Elsevər İsayev, Yusif Mirzəyev və Rauf Salehovu 1,5 il müddətinə azadlıqdan məhrum edib.

Seymur Bağırlı, Yusif Mirzəyev, Məhəmməd Qəmbərov, Nofəl Məmmədov və Bəxtiyar Ağayev bir il 9 ay müddətinə həbs edilib.

Xudaverdi Abdullayev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bütün müttəhimlər 233-cü (ictimai asayişi pozma) maddə ilə təqsirli biliniblər.

Eyni zamanda, onlara qarşı 315.2-ci (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə) maddə ilə ittiham ləğv edilib.

Bu barədə Turan-a Ağayevin vəkili Rüstəm Zülfüqarov bildirib.

Xatırladaq ki, bir müddət əvvəl bu hadisə ilə bağlı daha 8 nəfər həbs edilib.

5 oktyabr 2012-ci il etiraz aksiyası ilə əlaqədar ümumilikdə 31 nəfər həbs edilib. Onlardan bəzilərinin işi üzrə istintaq hələ də davam edir.

Xatırladaq ki, 2 minə yaxın dindar məktəblərdə hicab qadağasının ləğv edilməsi tələbi ilə etiraz aksiyası keçirib. Aksiya zamanı polislə kütləvi qarşıdurmalar baş verib. (musavat.com)

AzNews.az
Bağla X