04:25
(077) 610-22-33

Polis zabiti özünü asdı - Lənkəranda

  • >
260 20 May 2013 18:16 | Hadisə

Lənkəranda intihar hadisəsi baş verib.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə mayın 20-də saat 18.35 radələrində qeydə alınıb.

Şəhərin professor Hənifə Abdullayev küçəsi, ev 4, mənzil 9-da yaşayan 1960-cı il təvəllüdlü Təbriz Zakir oğlu Quliyev yaşadığı mənzildə özünü asmaqla intihar edib. Mərhum uzun müddət polis orqanlarında çalışıb. Polis mayoru rütbəsində təqaüdə çıxıb. Hadisənin başvermə səbəbləri barədə hələlik heç bir məlumat verilmir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az
Bağla X