04:46
(077) 610-22-33

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası

  • >
111 22 May 2013 10:24 | Hadisə

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Bakı prospektində qeydə alınıb. "Ford" və "VAZ – 2107" markalı minik maşınlarının toqquşması nəticəsində 2 nəfər ağır bədən xəsarəti alıb. Yaralılar təcili olaraq, Kürdəmir Mərkəzi rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Xəstəxanadan bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilənlər Ağstafa rayon sakini 1976-cı il təvəllüdlü Əliyev Mais və Kürdəmir rayon sakini 1954-cü il təvəllüdlü Allahverən Allahverənovdur. Həkimlər M. Əliyevin vəziyyətinin daha ağır olduğunu bildirirlər. Faktla bağlı araşdırma aparılır.

AzNews.az
Bağla X