04:37
(077) 610-22-33

Hacıqabul sakini qətlə yetirildi

  • >
332 22 May 2013 19:10 | Hadisə

Hacıqabulda qətl hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon prokurorluğundan verilən məlumata görə, bu gün saat 18.00 radələrində Hacıqabul rayon sakini 1987-ci il təvəllüdlü Abdullayev Mehman Mahir oğlu şəxsi münaqişə zəminində həmyerlisi 1993-cü il təvəllüdlü Zalov Nizami Rauf oğlunu ürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib. Nizami Zalov hadisə yerində dünyasını dəyişib. Mehman Abdullayev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az
Bağla X