Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb

Bağlı qapı arxasında ölüm- Bakıda

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb




Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açaraq daxil olublar. Mənzilə baxış keçirilərkən 1955-ci il təvəllüdlü Zahid Bayram oğlu İsmayılov hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə nəticəsində Z.İsmayılovun vəfat etdiyi müəyyən olunub.
Əməliyyat saat 01:34-də başa çatıb.

Elnarə
AzNews.az