02:01
(077) 610-22-33

Temperatur 33 dərəcəyə yüksələcək

  • >
98 24 May 2013 12:45 | Hadisə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti mayın 25-ə olan hava proqnozunu açıqlayıb



Qurumdan AzNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

AzNews.az
Bağla X