Stokholmda miqrant üsyanı davam edir

Dünyanın ən zəngin və sakit ölkələrindən biri sayılan İsveçin paytaxtı Stokholmda baş verən miqrant üsyanı davam edir. Dünən gecə davam edən üsyan şəhəri döyüş səhnəsinə çevirib.

Husbeyn və ətraf şəhərlərdə yüzlərlə adam dükanlara hücum edərək, 40-a qədər avtomobili yandırıb. Adamlar yanğını söndürməyə gələn yanğınsöndürənlərə də hücum edib. Üsyançıların atdığı daş üç polisə ciddi bədən xəsarəti yetirib.

Təhlükəsizlik üzrə səlahiyyətli Kjell Lindgrenin açıqlamasına görə, üsyançı gənclər arasında yalnız miqrantlar deyil, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar da iştirak edir.

Qeyd edək ki, üsyan bir neçə gün əvvəl Stokholmün ən böyük miqrant məhəlləsi Husbeyndə polisin intihara cəhd edən 67 yaşındakı bir miqrantı öldürməsindən sonra başlayıb.

Elman
AzNews.az