09:26
(077) 610-22-33

Milli Məclisin növbəti iclası: 31 may

  • >
207 24 May 2013 15:46 | Hadisə

Azərbaycan Milli Məclisinin yaz sessiyasının növbəti və son plenar iclası mayın 31-də keçiriləcək



Milli Məclisdən APA - ya verilən məlumata görə, iclasın gündəliyinə 23 məsələ çıxarılacaq.

Bunlar arasında 2012-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi, Azərbaycan və Hindistan arasında cinayət, hüquqi, təslim etmə və ticarət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı layihələr, "İcra haqqında", "Əmək pensiyası haqqında" "Sosial müavinət haqqında", "Milli arxiv haqqında", "Avtomobil yolları haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanunlara, İnzibati Xətalar, Cinayət Prosessual və Torpaq məcəllələrinə dəyişikliklər və sair layihələr var.

Qeyd edək ki, bu il yaz sessiyasının ardınca iyun ayında Milli Məclisin xüsusi iclasları da keçiriləcək.

AzNews.az
Bağla X