20:45
(077) 610-22-33

Yolu keçmək istədi, amma...

  • >
361 24 May 2013 20:23 | Hadisə

Gəncədə baş verən yol nəqliyyat qəzasında bir nəfər piyada yaralanıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə şəhərin Atatürk prospektində baş verib.

Gəncə şəhər sakini 1955-ci il təvəllüdlü Mübariz Hacıyev idarə etdiyi "Mersedes Benz" markalı avtomobillə yolu keçmək istəyən şəhər sakini 1934-cü il təvəllüdlü Ələddin Hüseynovu vurub. Bədən xəsarətləri alan 79 yaşlı kişi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Onun səhhətinin normal olduğu bildirilir.

Faktla əlaqədar araşdırma aparılır.

AzNews.az
Bağla X