Bakıda daha bir sərnişin avtobusu qəzası: yaralılar var



Bakıda avtobus zəncirvari qəza törədib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Zabrat qəsəbəsində qeydə alınıb. 166 saylı xətt marşrutu ilə hərəkət edən "DAEWOO" markalı sərnişin avtobusu 99 EX 196 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil, 90 HS 992 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil və 198 saylı xətt marşrutu ilə hərəkət edən "DAEWOO" markalı avtobusa çırpılıb.

Xəsarət alanlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alan şəxslərin adları açıqlanıb.

3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, qəza nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib.

1949-cu il təvəllüdlü Çərkəz Şükür oğlu Əliyev, 1972-ci il təvəllüdlü Kəmalə Balaqardaşı qızı Əliyeva, 1966-cı il təvəllüdlü Elmira Davud qızı Manafova, 1959-cu il təvəllüdlü Fəridə Mehbala qızı Hacıyeva, 1981-ci il təvəllüdlü Şaiq Mehman oğlu Quliyev xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Xəsarətləri yüngül olan bir nəfər isə ambulator yardımdan sonra evə buraxılıb.

Qeyd edək ki, 166 saylı xətt marşrutu ilə hərəkət edən sərnişin avtobusu bu ay ikinci dəfədir ki, ağır qəza törədir.