23:05
(077) 610-22-33

Avtomobil Zavodunda 2 avtobus yandı - Bakıda

  • >
208 25 May 2013 18:59 | Hadisə

Bu gün ölkə ərazisində bir neçə yanğın hadisəsi baş verib. AzNews.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda Bakı Avtomobil Zavodunun ərazisində 2 ədəd doğranmaqda olan yararsız avtobus və yaxınlıqda 10 kv.m sahədə taxta qırıntıları yanıb. Zavod yanğından mühafizə olunub.

Digər yanğın hadisələri Füzuli və Hacıqabul rayonlarında qeydə alınıb. Füzuli rayonu, Şükürbəyli kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 15 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub.

Hacıqabul rayonu Bakı-Qazax yolunda kənd bələdiyyəsinə məxsus ərazidə 4 ha sahədə quru ot yanıb. Ərazidəki ağaclar yanğından mühafizə olunub.

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az
Bağla X