Abşeronda poçt yandı

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abşeronda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 5 otaqdan ibarət 2 saylı poçtun yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az