06:27
(077) 610-22-33

“Odnoklassniki” tanışlığının qanlı sonu

  • >
548 27 May 2013 18:15 | Hadisə

Bakının Binəqədi rayonu ərazisində sosial şəbəkədəki tanışlıq qanlı hadisəyə səbəb olub.




Rayon Polis İdarəsindən verilən məlumata görə, "Odnoklassniki" sosial şəbəkəsində tanış olan gənclərin biri xəstəxanaya, digəri isə həbsxanaya düşüb.

Bakı şəhər sakini olan 24 yaşlı Xəqani Gözəlov "Odnoklassniki"-də 21 yaşlı Tərtər sakini Xasay Sadıqlı ilə tanış olublar. Sonradan onların tanışlığı mübahisəyə və söyüşə keçib. Məsələni internetdə həll edə bilməyən gənclər görüşərək mübahisəyə son qoymaq istəyiblər və dünən İsfahani küçəsində görüş təyin ediblər. Görüş yerindən Xəqani Gözəlov qan içərisində xəstəxanaya aparılıb.

Görüş zamanı mübahisəni yoluna qoya bilməyən Xasay bıçaqla Xəqaniyə 3 zərbə vurub.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis böklməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xasay Sadıqlı tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.//milli.az//


AzNews.az
Bağla X