20:12
(077) 610-22-33

“Bakı“nın sabiq voleybolçusunun qatilləri tapıldı

  • >
156 29 May 2013 17:40 | Hadisə

Azərbaycanın voleybolçu qadınlardan ibarət "Bakı" komandasının sabiq üzvü İnqrid Visserin qətli ilə bağlı 3 nəfər saxlanılıb.

Lent.az-ın məlumatına görə, şübhəlilərdən biri 36 yaşlı Xuan Kuensa Lorente, digərləri isə 47 və 60 yaşlarında Rumıniya vətəndaşlarıdır.

Visser 2009 – 2011-ci illərdə İspaniya "Mursiya"sında çıxış etdiyi vaxt Lorente bu komandanın baş məşqçisi olub. Gənc mütəxəssis Valensiya şəhərində yaxalanıb.

Visser və onun 57 yaşlı hollandiyalı sevgilisi Lodeviyk Severeynin cəsədləri bir neçə gün öncə Mursiya yaxınlığındakı Alkuerias qəsəbəsində tapılıb. Onların qol, baş və ayaqlarının elektrik mişarı ilə kəsildiyi, Severeynin dişlərinin söküldüyü, çənəsininsə qırıldığı müəyyənləşdirilib. Polis cütlüyün Mursiya yaxınlığındakı Molina de Sequradakı evində təmizlik işləri aparan iki rumıniyalını həbs edib. Visser və Severeynin bu evdə öldürüldüyü, amma qan izlərinin təmizləndiyi qənaətinə gəlinib.

Qeyd edək ki, İnqrid Visser 2011/2012 mövsümündə "Bakı"ın şərəfini qoruyub və karyerasını bu klubda bitirib.

AzNews.az
Bağla X