Azərbaycanda yaxın üç gün ərzində hava şəraiti nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcək Azərbaycanda yaxın üç gün ərzində hava şəraiti nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcək

Sabah 32 dərəcə isti olacaq

Azərbaycanda yaxın üç gün ərzində hava şəraiti nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcək



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, mayın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişli olacaq.
Azərbaycanın bölgələrində də mayın 31-də hava gündüz əsasən yağmursuz olacaq. Lakin gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

AzNews.az