Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana dair növbəti qərarını açıqlayıb Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana dair növbəti qərarını açıqlayıb

Avropa Məhkəməsindən Azərbaycanın əleyhinə qərar

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana dair növbəti qərarını açıqlayıb




APA-nın məhkəmənin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, məhkəmə 1935-ci il təvəllüdlü, Siyəzən rayon sakini Əhmədşah Zeynalovun ədalətsiz mühakimə iddiası ilə bağlı şikayətini təmin edib və məhkəmə xərcləri üçün 1000 avro təzminat ödənilməsi barədə qərar çıxarıb.

Əhmədşah Zeynalov 2004-cü ilin dekabrında özünə məxsus olmayan torpaq sahəsində əkin işləri apardığı üçün cəriməyə məhkum edilib. Ali Məhkəmə 2006-cı ilin oktyabrında bu qərarı qüvvədə saxlayıb. İddia tərəfi hesab edir ki, yekun qərar qəbul etmiş Ali Məhkəmənin hakimlərindən biri bundan əvvəl kassasiya şikayətinin araşdırıldığı məhkəmə iclasına sədrlik edib, bu səbəbdən çıxarılan qərarın ədalətli olduğuna şübhə var.

AzNews.az