14:35
(077) 610-22-33

İyun ayında hava necə olacaq?

  • >
455 31 May 2013 09:37 | Hadisə

Azərbaycanda iyun ayına olan hava proqnozu açıqlanıb




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, ayrı-ayrı yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 15-20, gündüzlər 25-30 dərəcə isti qeydə alınacaq, bəzi günlərdə temperatur 33-38 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 9-12 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 20-25 dərəcə isti təşkil edəcək ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 13-18, gündüzlər 25-30 dərəcə isti olacaq, bəzi günlərdə hərarət 34-37 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 14-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 9-14 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti qeydə alınacaq, bəzi günlərdə temperatur 26-30 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 86-130 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 21-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Gecələr 13-18, gündüzlər 25-30 dərəcə isti qeydə alınacaq, bəzi günlərdə temperatur 33-37 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 46-63 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 20-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Gecələr 12-17 dərəcə, gündüzlər 22-27 dərəcə isti olacaq, bəzi günlərdə temperatur 30-34 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-179 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 24-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Gecələr 16-21 dərəcə, gündüzlər 27-32 dərəcə isti olacaq, bəzi günlərdə temperatur 35-39 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 12-49 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturun 16-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 13-18 dərəcə, gündüzlər 24-29 dərəcə isti olacaq, bəzi günlərdə temperatur 32-35 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacağı gözlənilir.

AzNews.az
Bağla X