20:42
(077) 610-22-33

Azərbaycanlı biznesmenin cinayət işi məhkəməyə verildi

  • >
127 31 May 2013 18:35 | Hadisə

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən "Kiş Miş" restoranlar şəbəkəsinin sahibi, azərbaycanlı Əfqan Rəsulovun qardaşı Akif Rəsulovun cinayət işi baxılması üçün məhkəməyə verilib.


APA-nın Rusiya mediasına istinadən verdiyi məlumata görə, 34 yaşlı A.Rəsulov şəhərin Tavriçeskaya küçəsində yerləşən mənzildə gənc qadının qanunsuz olaraq azadlıqdan məhrum edilməsində və zorlanmasında ittiham olunur. Məhkəmə iclasının tarixi hələ təyin olunmayıb.

Qeyd edək ki, 2012-ci ilin oktyabrın 23-də polisə Tavriçeskaya küçəsindəki mənzildə bir qızın zorlandığı barədə məlumat daxil olub. Polislər mənzilə gəldikdə, qapını heç kim açmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qapını sındırmağa cəhd göstəriblər. Bu zaman alaqapıya daxil olan gənc oğlan polislərə atəş açmağa başlayıb. Nəticədə polislərdən biri yaralanıb, cavab atəşi ilə hücum edən şəxs öldürülüb. Onun Sankt-Peterburqda "Kiş-Miş" restoranlar şəbəkəsinin sahibi, 30 yaşlı Əfqan Rəsulov olduğu müəyyənləşib. Polislər qapını sındıraraq ev sahibinin qardaşını həbs ediblər, zorlamaya məruz qalan qız xəstəxanaya göndərilib. Evdən narkotik mənşəli olduğu güman edilən maddə də aşkarlanaraq götürülüb.

Faktla bağlı Rusiyanın Cinayət Məcəlləsinin 127, 131, 132 maddələri üzrə (zolama, seksual xarakterli zoraki hərəkətlər, qanunsuz olaraq azadlıqdan məhrum etmə) cinayət işi qaldırılıb.

AzNews.az
Bağla X