Gənc oğlan 15 yaşlı sevgilisini zorladı - BAKIDA

Bu gecə Bakının Xətai yaronunda 15 yaşlı qızı zorlayıblar. Rayon Polis İdarəsinin 37-ci polis bölməsindən verilən əmlumata görə, 1998-ci il təvəllüdlü N.İmanova zorlanıb. Bu barədə onun anası bölməyə şikayət edib.

Şikayətdə bildirilib ki, onlar evdə olmadıqları üçün 1993-cü il təvəllüdlü Elvin Gəray oğlu Gəraybəyli fürsətdən istifadə edib. O, qızı yatdığı yerdə zorlayıb. Şikayətə əsasən dərhal E.Gəraybəyli tutulub və istintaqa təhvil verilib.

Polisdən bildirilib ki, E.Gəraybəyli ilə N.İmanova bir-birilərini sevirmişlər.

Zorlamaya görə saxlanılan Elvin Gəray oğlu Gəraybəylinin işi rayon prokurorluğuna verilib. Bu barədə 37-ci polis bölməsinin təhqiqatçısı Vlazim Musayev məlumat verib. Onun sözlərinə görə, hazırda hər iki şəxsin izahatı alınıb və bütün dəlillər prokurorluğa göndərilib. Lakin zorlama ilə bağlı qızın ifadəsi ilə oğlanın ifadəsi uyğun gəlmir.

"Qız ifadəsində bildirib ki, oğlanı evlərinə çağırıb. Gecə saatlarında yatağına uzanıb. Oğlan isə qəfil ona hücum edib və zorla cinsi əlaqəyə girib. Oğlan isə qızla öz istəyilə cinsi əlaqəyə girdiyini bildirib", - deyə Vlazim Musayev bildirib.//anspress//

AzNews.az