Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Maştağa-Buzovna hissəsinin 5 km-lik sahəsində işlər başa çatdırılıb Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Maştağa-Buzovna hissəsinin 5 km-lik sahəsində işlər başa çatdırılıb

Bakıda daha bir yol yenidən qurulub

Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Maştağa-Buzovna hissəsinin 5 km-lik sahəsində işlər başa çatdırılıb



Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Zabrat - Maştağa - Buzovna avtomobil yolunun yenidən qurulması davam etdirilir.

Ümumi uzunluğu 14 km olan yolun Maştağa - Buzovna hissəsinin 5 km-lik sahəsində işlər başa çatdırılıb. Hazırda yolun qalan hissəsində asfalt-beton örtüyünün vurulmasına hazırlıq işləri gedir. Yolun yaxın aylarda istismara verilməsi gözlənilir.

AzNews.az