16:21
(077) 610-22-33

Amnistiya aktından neçə məhkum yararlanıb?

  • >
78 4 İyun 2013 09:06 | Hadisə

Azərbaycan Respublikası Milli Məclisinin mayın 7-də qəbul etdiyi Amnistiya Qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam edir.


Bu barədə AzNews.az-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Amnistiya Qərarı iyunun 3-nə qədər Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində saxlanılan 1377 nəfər məhkuma tətbiq edilib.

Amnistiya Qərarının icrası Penitensiar xidmətin müvafiq Komissiyasının, Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman aparatının, digər dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin və eləcə də vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilir.

Tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması təmin edilib.

Amnistiya Qərarının icrası davam edir.

Anar
AzNews.az
Bağla X