Günel Tağıyevada qıcolmalar müşahidə olunub Günel Tağıyevada qıcolmalar müşahidə olunub

Mingəçevirdəki ana ölümü ilə bağlı yeni təfərrüatlar

Günel Tağıyevada qıcolmalar müşahidə olunub



Mingəçevirdə baş verən ana ölümü ilə bağlı ilkin məlumatları əldə edib. Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Leyla Seyidəliyevanın Movqe.az-a verdiyi məlumata görə, Tağıyeva Günel Şahlar qızı may ayının 27-də Mingəçevir Rayonlararası Doğum evinə doğuş üçün qəbul edilib. T. Günel həmin gün təbiii yolla 2 kiloqram çəkidə uşaq dünyaya gətirib.

T. Günel qeysər əməliyyatı keçirtməyib. İyun ayının 3-də isə T. Güneldə qıcolmalar müşahidə olunub. Xəstənin müayinəsi üçün Bakıdan Mingəçevirə həkimlər göndərilib. Amma ananın həyatını xilas etmək mümkün olmayıb.

L. Seyidəliyeva bildirib ki, hələki ananın ölümünün səbəbinin hamiləliklə bağlı olub-olmadığı bəlli deyil. Onun sözlərinə görə, T. Günelin əvvəlki xəstəliyindən dünyasını dəyişməsi də təsdiqlənməyib: "Hazırda ananın ölüm səbəbi bilinmir. Bu hüceyrə səviyyəsində ekspertiza aparıldıqdan sonra bəlli olacaq. Qadının hamilə vaxtı hansı qadın məsləhətxanasında qeydiyyatda olduğu, hansı müayinələrdən keçirildiyi və sair araşdırılacaq. Bundan sonra ictimaiyyətə dəqiq məlumat veriləcək".

Xatırladaq ki, Mingəçevir şəhər Polis İdarəsindən lent.az-a verilən məlumata görə, A.Şaiq küçəsi ev 11, mənzil 4 ünvanında qeydiyyatda olan Tağıyeva Günel Şahlar qızının doğuş zamanı vəziyyəti pisləşib. Əməliyyat yolu ilə övladını dünyaya gətirən qadın şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. G.Tağıyevanın dünyaya gətirdiyi uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Ölüm faktı ilə bağlı araşdırmalar aparılır.

AzNews.az