3 gün öncə qəzaya düşən polis polkovniki bu gün dünyasını dəyişib 3 gün öncə qəzaya düşən polis polkovniki bu gün dünyasını dəyişib

Ramil Usubovun qohumu yol qəzasında öldü – VİDEO

3 gün öncə qəzaya düşən polis polkovniki bu gün dünyasını dəyişib


Mayın 29-na keçən gecə Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzada yaralanan şəxslərdən biri xəstəxanada ölüb.

Belə ki, 90 FP 014 dövlət qeydiyyat nişanlı "VAZ 2114" və 10 XO 058 nömrəli "Hyundai"ın toqquşması nəticəsində ağır xəsarət alan Daxili İşlər Nazirliyinin Baş Təşkilati İnspektor İdarəsinin Nəzarət Əlaqələndirmə şöbəsinin rəisi, polis polkovniki Həsənov Elşən Ağahüseyn oğlu xəstəxanada həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Digər yaralılar, Bakı sakinləri, 24 yaşlı Əliyev Taleh Həsənağa oğlu və 26 yaşlı Xəlilov Fərid Rasim oğlunun vəziyyəti isə normallaşıb.

AzNews.az-a daxil olan məlumata görə, ağır yol qəzasında həyatını itirən Elşən Həsənov nazirin qardaşının kürəkənidir.

Qeyd edək ki, E.Həsənovun idarə etdiyi "Hyunadi" qəza zamanı zərbənin gücündən bardürün digər tərəfinə düşüb. Bu vaxt o biri hərəkət zolağında sürətlə hərəkətdə olan başqa bir maşın onu vurub. Odur ki, polis polkovniki digər şəxslərə nisbətən daha ağır xəsarətlər alıb.

Məlumat üçün bildirək ki, dünyasını dəyişən şəxs 3 gün xəstəxananın reanimasiya şöbəsində qalsa da həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin ciddi səylərinə baxmayaraq nazirin qohumu bu gün dünyasını dəyişib.

Mərhumun yas mərasimi Nərimanov rayonu ərazisində keçirilir.



Elnur
AzNews.az