Ötən gün Bakıda Türkiyə vətəndaşını öldürən şəxs tutulub. Ötən gün Bakıda Türkiyə vətəndaşını öldürən şəxs tutulub.

Bakıda Türkiyə vətəndaşını öldürən şəxs həbs edilib

Ötən gün Bakıda Türkiyə vətəndaşını öldürən şəxs tutulub.



Bu barədə APA-ya Yasamal Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, iyunun 6-da Türkiyə vətəndaşı, 1969-cu il təvəllüdlü Alim Məhəmmədi öldürən, 1958-ci il təvəllüdlü Qaradağ rayon Ələt qəsəbə sakini Rasim Əşrəf oğlu Məmmədov saxlanılıb. Hadisənin motivləri hələlik məlum deyil.

Qeyd edək ki, A. Məhəmmədin meyiti mayın 5-də saat 20.00 radələrində Azərbaycan prospekti ev 23, mənzil 20 ünvanında yerləşən "Göyçay Caspian" MMC-nin ofisində aşkarlanıb.

Meyitə baxış zamanı A. Məhəmmədin çoxsaylı bıçaq xəsarəti ilə qətlə yetirildiyi məlum olub.

AzNews.az