06:54
(077) 610-22-33

Bakı-Qazax yolunda dəhşətli qəza: 2 ölü- Video

  • >
374 9 İyun 2013 19:34 | Hadisə

Hadisə Ağstafa rayonunun aşağı Göyçəli kəndi ərazisində baş verib



Bu gecə Ağstafa rayonu ərazisində 2 nəfərin ölümü, biri uşaq olmaqla 3 nəfərin ağır yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə gecə saat 01:00 Bakı-Qazax-Gürcüstan avtomagistralının 449-cu kilometrliyində, Ağstafa rayonunun aşağı Göyçəli kəndi ərazisində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan Rafiz Əmiraslanovun idarə etdiyi avtomaşınla digər avtomobil toqquşub. Nəticədə Rafiz Əmiraslanov hadisə yerində, digər avtomobilin sürücüsü, Qazax rayon sakini, 27 yaşlı Nəsibov Tural Xasay oğlu isə xəstəxanada dünyasını dəyişib. Fariz Əmiraslanovun oğlu, 4 yaşlı Fərid və daha iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Xəstəxanadan həm də bildirilib ki, sürücü Nəsibov Tural Xasay oğlu ora gətirilərkən sərxoş vəziyyətdə olub. Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.



AzNews.az
Bağla X