03:41
(077) 610-22-33

Müğənni Azərin: “Məni siyasi məsələlərə alət etməyin”

  • >
601 11 İyun 2013 11:01 | Hadisə

Tanınmış müğənni Azərin “facebook” sosial şəbəkəsindəki səhifəsində dostlarına müraciət edib.



AzNews.az-ın xəbərinə görə, ötən həftə həbsdə olan talassemiya xəstəsi N!DA-çı Zaur Qurbanlının azadlığa buraxılması ilə bağlı istəyini dilə gətirən müğənni bu sözlərinə verilən reaksiyadan narahat olub.
Müğənni yazıb ki, o, bütün yaradıcılığında dövlətin, millətin maraqlarını dilə gətirib və bunu edərkən, siyasi mahiyyəti heç bir zaman ehtiva etməyib.

Azərin deyib ki, Z.Qurbanlının anasının müsahibəsini oxuyub və onu xəstə olduğunu bilib: "Zaur Qurbanlının hansı siyasi motivlərlə həbs edilməsi mənim diqqətimi çəkməyib. Mən sadəcə, yardıma ehtiyacı olan bir insanın tezliklə buraxılması arzularımı dilə gətirmişəm. bu qədər insancıl duğrularıma siyasi mahiyyət qatmağı isə qərəzli hesab edirəm".
Azərin bu insani duyğularının başqa tərəflərə çəkilməsinə etiraz edib: "Hər zaman olduğu kimi ölkəmin xidmətindəyəm. Heç kim mənji siyasi məsələlərə alə etməyə cəsarət etməsin".

Anar
AzNews.az
Bağla X