19:31
(077) 610-22-33

DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı

  • >
433 11 İyun 2013 11:16 | Hadisə

Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasında baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.




İyunun 10-da saat 05.00 radələrində Culfa rayonunun Camaldın kəndi ərazisində Kəngərli rayon sakini Fərman Süleymanovun idarə etdiyi "VAZ 21154" markalı və Naxçıvan şəhər sakini Məmməd Dövlətovun idarə etdiyi "NAZ Lıfan C-620" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış hər 2 sürücü və F.Süleymanovun sərnişinləri, atası Məmməd, qızları Nəsrin, Nəzrin, habelə M.Dövlətovun sərnişinləri, Ordubad rayon sakinləri Raisa Məmmədova və onun qızı Günel xəstəxanaya yerləşdirilib.

F.Süleymanov, Məmməd, Nəsrin və Nəzrin orada ölüb. Culfa RPŞ tərəfindən araşdırma aparılır.

AzNews.az
Bağla X