Ermənistan prezidenti məzuniyyətə çıxdı

Bu gün Ermənistan prezidenti Serj Sarkisyan qısa müddətli məzuniyyətə yollanıb.

Erməni mətbuatının yazdığı məlumata görə, prezident xarici ölkədə istirahət edəcək. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, istirahət 8 gündən çox çəkməyəcək. Belə ki, iyunun 20-də Sarkisyan Avstriyada keçiriləcək konfransda iştirak etməlidi.

Aynur Hüseyova
AzNews.az