Ağsu rayonunda bir gecədə 8 mağaza qarət edilib. Ağsu rayonunda bir gecədə 8 mağaza qarət edilib.

Bir gecədə 8 mağaza qarət edildi - Ağsuda

Ağsu rayonunda bir gecədə 8 mağaza qarət edilib.




Qarət edilən sahibkarlıq obyektlərinə ciddi ziyan vurulub. Bir gecədə mağazalardan oğurluq edənlərin axtarışları isə hələ də davam etməkdədir.

Məlumata görə, naməlum şəxslər ötən gecə Ağsu şəhərinin Nizami və Məmməd Əmin Rəsulzadə küçələrində 4 mağaza və diş kabinetini qarət ediblər. Cinayətkarlar digər 4 mağazaya daxil olsalar da, orada pul və qiymətli əşyalar olmadığı üçün heç nə götürməyiblər.

Oğrular şəhərin Nizami küçəsində Elnur Quliyevə məxsus diş kabinetindən hər biri 1 qram olmaqla 8 ədəd qızıl diş, həmin küçədə yerləşən "Faiq" marketdən 300 manat, "Orxan" marketdən 380, digər mağazadan siə 420 manat nəğd pul aparıblar.

Şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən "Halal" market, "Gəlinlik geyimləri" və "Ətriyyat" mağazalarına da "baş çəkən" oğrular orada nağd pul olmadığı üçün başqa mallara toxunmayıblar.

Faktla əlaqədar Rayon Polis Şöbəsinin istintaq əməliyyat qrupu hadisə yerində olub və əraziyə baxış keçirib.

Faktla bağlı cinayət işi açılıb, oğruların tapılması istiqamətində tədbirlər görülür.//trend//

AzNews.az