“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl mitinqdə iştiraka görə kəsilən cəriməni ödəmədiyi üçün Binəqədi rayon Məhkəməsi tərəfindən 220 saat icbari əmək işlərinə məhkum edilib. X.İsmayıl bu qərardan apelyasiya şikayəti verəcəyini və məhkəmə qərarının qüvvədə qalacağı təqdirdə onu icra edəcəyini bildirib. “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl mitinqdə iştiraka görə kəsilən cəriməni ödəmədiyi üçün Binəqədi rayon Məhkəməsi tərəfindən 220 saat icbari əmək işlərinə məhkum edilib. X.İsmayıl bu qərardan apelyasiya şikayəti verəcəyini və məhkəmə qərarının qüvvədə qalacağı təqdirdə onu icra edəcəyini bildirib.

Xədicə İsmayıl barədə məhkəmə qərarı şərh edildi

“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl mitinqdə iştiraka görə kəsilən cəriməni ödəmədiyi üçün Binəqədi rayon Məhkəməsi tərəfindən 220 saat icbari əmək işlərinə məhkum edilib. X.İsmayıl bu qərardan apelyasiya şikayəti verəcəyini və məhkəmə qərarının qüvvədə qalacağı təqdirdə onu icra edəcəyini bildirib.



"Bütün hallarda mən apellyasiya şikayəti verəcəyəm və bu məhkəmə qərarlarından Avropa Məhkəməsinə şikayət edəcəyəm. Amma şikayət qəbul edilənədək burada onun icra tədbirləri ilə üzləşmək lazım gələ bilər. Hər halda, seçiləcək tədbirlər nə olacaqsa, onlardan Azərbaycanda toplaşma azadlığının olmadığı, insan haqlarının pozulması ilə bağlı daha çox sayda adamı məlumatlandırmaq üçün istifadə etməyə çalışacağam.
Mən qərarın icrasından qorxmuram. İctimai işlər cəzası faciə deyil. Zatən ictimai işlərlə məşğuluq. Zatən ölkəni pisliklərdən təmizləmək həm peşə etibarilə, həm vətəndaş olaraq istədiyim vəzifədir. Təmizlə deyirlər, təmizləyək də...".

"İcbari əmək əslində hər bir şəxsin öz profilinə uyğun əməyə cəlb edilməsi deməkdir. Demokratik ölkələrdə öz peşəsinə uyğun, əmək haqqı almadan müəyyən müddət işləyir. Bu icbari əməyə cəlb edilmə adlanır. İstənilən halda şəxsin peşəsinə uyğun olmalıdır". Bunu isə Modern.az-a media eksperti və hüquqşünas Ələsgər Məmmədli deyib. O, X.İsmayılla bağlı durumu şərh edərkən öz sözlərinə əlavə edib:

"Əks halda bu, həmin şəxsin hüquqlarının pozulması adlanır. Məhkəmə qərarlarından imtina olarsa, inzibati qərardır və qərar icra olunmazsa, zamanın aşımına uğrayar, yəni vaxtı keçir. Əgər bunun üzərində israrla dayanılarsa, onda məhkəmə qərarını icra etməkdən imtina maddəsi ilə yenidən məsuliyyətə cəlb edilə bilər. Burda azadlıqdan məhrum etməyə qədər cəzalar var. Məhkəmə qərarı verərkən onun profilinə uyğun işə cəlb etməli, əmək funksiyası zədələnməməli və əmək müqaviləsi pozulmamalıdır".

AzNews.az