22:17
(077) 610-22-33

Avropa məhkəməsindən 8 azərbaycanlı jurnalistə rədd cavabı

  • >
750 13 İyun 2013 10:20 | Hadisə

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan 8 jurnalistin şikayəti ilə bağlı qərarını elan edib.




APA-nın məlumatına görə, məhkəmə Konvensiyanın 35-ci maddəsini rəhbər tutaraq barışıq sazişi ilə bağlı yazışmalar ərəfəsində şikayətçilərin barışıq sazişinin məxfi saxlanması qaydalarını pozmasını əsas tutaraq şikayəti qəbul edilməyən sayıb.

Qeyd edək ki, jurnalistlər – Qənimət Zahidov, Şahvələd Namazov (Çobanoğlu), Rauf Abbasov (Arifoğlu), Azər Abbasov (Ayxan), Elşad Məmmədov, Zabil Nəcizadə (Müqabiloğlu), Etibar Ağayev (Seyidağa) və Mehman Əliyev 2007-ci il iyunun 12-də Bakıda piket keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Lakin İcra Hakimiyyəti onlara istədikləri yeri deyil, başqa bir yeri təklif edib. Bununla razılaşmayan jurnalistlər isə Sabir bağında toplaşaraq piket keçirmək istəyiblər. Lakin polis onlara imkan verməyib və 4 nəfər Səbail rayon 9 c-u Polis Bölmədinsə 2 saat saxladıqdan sonra sərbəst buraxıb.

Bundan sonra jurnalistlər məhkəməyə müraciət ediblər. Bütün məhkəmə instansiyaları onların şikayətlərini rədd edib. Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətdə polisin aksiyaçılarla kobud davranması və məhkəmələrin işini düzgün araşdırmaması qeyd olunub.

Avropa İnsan Hüquqları Məhkəməsi ilə tərəflər arasında şikayətlə bağlı kommunikasiya başlayıb. 2011-ci ilin iyun ayında hökumət şikayətçilərə barışıq sazişi barədə təklif göndərib. Həmin ilin avqust ayında bir neçə qəzetdə barışıq sazişinin şərtləri və bununla bağlı şikayətçilərin və vəkillərinin münasibəti ilə bağlı yazılar dərc edilib.

Hökumət şikayətçilərin barışıq sazişinin şərtlərini pozduğunu əsas gətirərək, onun qəbul edilməyən sayılması barədə Avropa Məhkəməsinə müraciət ünvanlayıb. Şikayətçilər barışıq sazişi ilə bağlı vəkillərinin onlara məlumat vermədiyini əsas göstərərək, Avropa Məhkəməsindən şikayətə baxılaraq qərar çıxarılmasını xahiş ediblər.

Məhkəmə Konvensiyanın 35-ci maddəsini rəhbər tutmaqla, barışıq sazişi ilə bağlı yazışmalar ərəfəsində şikayətçilərin barışıq sazişinin məxfi saxlanması ilə bağlı qaydaları pozmasını əsas tutaraq şikayəti qəbul edilməyən sayıb.

AzNews.az
Bağla X