Qəzada ölən və xəsarət alan şəxslərin adları açıqlandı

Bakıda baş verən avtobus qəzasında ölən və xəsarət alan şəxslərin adları açıqlanıb.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü 1986-cı il təvəllüdü Seymur Sabir oğlu Həşimov ölüb, 7 nəfər xəsarət alıb.

Klinik Tibbi Mərkəzdən verilən məlumata görə, xəsarət alan 1984-cü il təvəllüdlü Qurban Nurəliyev, 1961-ci il təvəllüdlü Böyükkişi Tahirov, 1931-ci il təvəllüdlü Səyyarə Səfərova, 1984-cü il təvəllüdlü Vasif Zəliyev, 1974-cü il təvəllüdlü Adil Hüseynov, 1966-cı il təvəllüdlü Reyhan Salamova, 1952-ci il təvəllüdlü Sevinc Ələkbərova xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi "20-ci sahə" adlanan ərazidə qeydə alınıb. 205 sayı "DAEWOO" markalı xətt avtobusu "Prado" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb.//apa//

AzNews.az