23:21
(077) 610-22-33

Liviya telekanalında bomba partladıldı

  • >
195 14 İyun 2013 09:25 | Hadisə

Liviyanın Benqazi şəhərində fəaliyyət göstərən "Hurra" telekanalında bomba partladılıb.

AzNews.az "Reuters" informasiya agentliyinə istinadən xəbər verir ki, baş vermiş partlayışda ölən və yaralananlar olmayıb. Binanın bir tərəfinin tamamilə partladıldığı və yarasız hala düşdüyü bildirilir.

Bombanın kimlər tərəfindən telekanala qoyulması isə bəlli deyil. Hələlik heç bir təşkilat törədilmiş hadisəni öz üzərinə götürməyib.

Aynur Hüseynova
AzNews.az

Bağla X