Ceyranbatan su anbarının ərazisində yanğın

Ceyranbatan su anbarının ərazisində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 15.00 radələrində su anbarının ətrafındakı ağaclıqda meydana gəlib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

AzNews.az