Bu günə olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir.

Temperaturun gecə 18-23°, gündüz 30-35° isti, Bakıda gecə 19-21°, gündüz 32-34° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Şıx, Sahildə 23-24° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın yağmursuz olacağı bildirilir.

Temperaturun gecə 15-20°, gündüz 30-35°, bəzi yerlərdə 38°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın yağmursuz olacaq.

Temperaturun gecə 9-14°, gündüz 21-26° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın yağmursuz olacağı gözlənilir.

Temperaturun gecə 17-22°, gündüz 30-35° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz olacaq.

Temperaturun gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağmursuz olacağı gözlənilir.

Temperaturun gecə 17-22°, gündüz 31-36°, bəzi yerlərdə 39°-dək isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz olacaq.

Temperaturun gecə 19-23°, gündüz 30-35° isti, dağlarda gecə 12-17°, gündüz 25-30° isti olacaq.

AzNews.az