Sərnişin avtobusu piyadanı vurdu - Bakıda

Bakıda sərnişin avtobusu piyadanı vurub.

Sabunçu Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

148 saylı xətt üzrə Zabrat qəsəbəsindən "Koroğlu" metro stansiyası istiqamətində hərəkət edən 90 FG 644 dövlət nömrə nişanlı "İSUZU" markalı sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vurub.

Piyada ağır xəsarətlə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, piyadanın vəziyyəti ağır olduğundan, şəxsiyyətini hələlik dəqiqləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az