Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək

Bu günə olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək




Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, bəzi yerlərdə 37 dərəcəyədək isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 16-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.

AzNews.az