20:03
(077) 610-22-33

Yanğınların qarşısı vaxtında alındı

  • >
111 16 İyun 2013 08:10 | Hadisə

Dünən ölkə ərazisində baş verən yanğınların qarşısı vaxtında alınıb.

AzNews.az xəbər verir ki, Ağcabədi rayonu, Qaradolaq kəndində ( rayon mərkəzindən 20 km aralı), vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 35 ton ot bağlamasının 5 tonu yanıb. Yanğından ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunub.

Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Qaradağ rayonunda "Sədərək" ticarət mərkəzinin şirniyyat sahəsində sahəsi 12 kv.m olan dönərxana, sahəsi 15 kv.m olan kitab mağazası, 2 ədəd satış piştaxtası 12 kv.m sahədə mallarla birlikdə (ümumi 40 kv.m) və ticarət mərkəzinin poloroiddən ibarət dam örtüyü 70 kv.m sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gəncə şəhərində 9 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 62 kv.m olan 3 otaqlı mənzilin 1 otaq və mətbəxi 37 kv.m sahədə yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 22:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeron rayonu, Ceyranbatan su anbarının ətrafında 2 ha sahədə quru ot, xırda kol-kos yanıb. Ağaclar və anbarın ətrafı yanğından mühafizə olunub.

Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Saatlı rayonu, Əhmədbəyli kəndində (rayon mərkəzindən 15 km aralı), vətəndaşa məxsus fermanın ərazisinə yığılmış 50 ton ot bağlamasının 30 tonu yanıb. Otun qalan hissəsi və yaxınlıqdakı ferma yanğından mühafizə olunub.

Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az
Bağla X