20 yaşlı gənc qəbiristanlıqda intihar etdi

Samux rayonunda 20 yaşlı gənc özünü asıb.

Samux rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə iyunun 17-də qeydə alınıb. Rayonun Füzuli kənd sakini, 1993-cü il təvəllüdlü Elcan Ağamalıyev kəndin kənarında yerləşən qəbiristanlıqda özünü asaraq intihar edib.

Hadisənin səbəbləri məlum deyil. Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az