Nəqliyyat müfəttişləri Qarabağ əlilini döydü

Bu gün saat 13 radələrində "Koroğlu" metrosunun qarşısında Nəqliyyat Departamentinin əməkdaşları ilə taksi sürücüləri arasında münaqişə yaşanıb.

Avropa.info-nun ərazidə olan əmədaşının verdiyi xəbərə görə, Nəqliyyat Departmenti işçilərinin taksi sürücülərindən metronun qarşısında durmamalarını tələb etməsi ciddi narazılığa səbəb olub.

Yaranmış qarşıdurma zamanı Departament əməkdaşları taksi sürücülərinə fiziki zor tətbiq ediblər.

Taksi sürücüsü ikinci qrup əlil Kamil Məmmədov Nəqliyyat Departamenti işçiləri tərəfindən döyülüb. Əsəbləşən ikinci qrup əlil taksi sürücüsü, Departament əməkdaşlarının üzərinə bıçaq çəkib.

Lakin Nəqliyyat Departamenti əməkdaşlarının onun üzərinə hücüm çəkməsi nəticəsində Kamil Məmmədov öz əllərini bıçaqla doğrayıb. Taksi sürücüsü təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

AzNews.az