Qəzaya düşən millət vəkili danışdı

Bu gün səhər əksər saytlarda Milli Məclisin deputatı Rüstəm Xəlilovun avtomobil qəzasına uğradığı xəbəri yayılıb.

Hadisənin "Hyatt Regensy" hotelinin yaxınlığında baş verdiyi bildirilir.

AzNews.az saytı modern.az-a istinadən xəbər verir ki, R.Xəlilov yol qəzasına düşdüyünü təsdiqləyərək, hadisəni şişirtməyin əleyhinə olduğunu bildirib.

Deputat özünün və sürücüsünün sağlıq durumu ilə bağlı problem yaşanmadığını bildirərək, bunun ciddi yol qəzası olmadığını söyləyib.

Qeyd edək ki, yayılan məlumatda üzbəüz gələn bir maşının qarşı hərəkət zolağına çıxaraq millət vəkilinin avtomobilinə çırpıldığı bildirilir.


AzNews.az