15:07
(077) 610-22-33

Bakı metrosunda həyəcanlı anlar

  • >
65 19 İyun 2013 09:19 | Hadisə

Dünən axşam saatlarında Bakı Metropoliteninin 28 May stansiyasında bədbəxt hadisə baş verib.

20-25 yaşlarında cavan oğlan qəfildən metronun relsləri üzərinə yıxılıb. Hadisə qatarın stansiyaya yaxınlaşdığı anda olub. Bundan sonra isə hadisələr film səhnələrini xatırladıb. Bələdçinin qatarın yaxınlaşmasını elan etməsini eşidən cavan oğlanlar metronun relsləri üzərinə atılaraq oğlanı oradan çıxarıblar.

Daha sonra hadisə yerinə polis əməkdaşları gəliblər. Əvvəlcə oğlanı kiminsə itələməsindən şübhələnilsə də, su içdikdən sonra özünə gələn cavan, sadəcə başının gicəlləndiyini və müvazinətini itirərək yıxıldığını deyib.//faktxeber//

AzNews.az
Bağla X