Cərimə meydançasında 57 maşın yanıb – Rəsmi MƏLUMAT

Fövqəladə Hallar Nazirliyi paytaxtın Nizami rayonunda yerləşən cərimə meydançasında baş verən yanğınıa bağlı daha bir məlumat yayıb.


Nazirlikdən bildirilib ki, Bakı şəhəri, Nizami rayonunda avtomobillərin cərimə meydançasında (əksəriyyəti qəzaya uğramış və istifadəyə yararsız) müxtəlif növ 57 ədəd minik avtomobillərinin yanar hissələri və neft boru kəmərlərinin ətrafında 500 kv.m sahədə quru ot yanıb.

Yaxınlıqdan keçən neft kəmərləri yanğından mühafizə olunub. Yanğın saat 14:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az