00:00
(077) 610-22-33

Rövşən Lənkəranskinin evinə göydən daş yağır - VİDEO

  • >
1 022 20 İyun 2013 11:28 | Hadisə



Əldə etdiyimiz məlumata görə, tanınmayan şəxslər tərəfindən daş-qalaq edilən məhəllədə yerləşən evlərdən biri də qanuni oğru Rövşən Lənkəranskiyə məxsusdur. Bu barədə AzNews.az-a onun qonşuları məlumat verib. Bildirilir ki, ev R.Lənkəranskinin özünə məxsus olsa da, hazırda orada başqa adamlar yaşayır.

Başqa bir gülməli məqam isə ondan ibarətdir ki, daşlanan məhəlləyə gəlib, problemlə maraqlanan rayon mollaları əhaliyə daşların göydən yağdığını bildiriblər.

Hadisə yerinə ANS, ATV və digər televiziya kanallarının bölgə müxbirləri gedib. Şahidlər bildirirlər ki, çəkiliş gedərkən də evlərə daş atılıb.


**********
11:27

Qəbiristanlığa yaxın yerləşən məhəllənin sakinləri əlacsız qalıb

Lənkəranda son günlərdə gecələr baş verən qəribə olay rayon sakinləri arasında narahatlıq doğurub.

Bu barədə AzNews.az-a rayon sakinlərindən məlumat daxil olub. Məlumatda bildirilir ki, Lənkəranın 28 May məhəlləsinin sakinləri gecələr yata bilmir. Buna səbəb isə qaranlıq çökdükdən sonra onların evlərinin daşlanmasıdır.

Məsələ ilə bağlı sakinlər Lənkəranın Polis Şöbəsinə də məlumat veriblər. Polislər 2 gün ard-arda hadisə baş verən məhəllədə araşdırma aparsalar da, heç bir nəticə əldə edə bilməyiblər.
Onu da qeyd edək ki, 28 May məhəlləsi Lənkəranın "Kiçik Bazar" məzarlığının yaxınlığında yerləşir.

Baş verən qəribə hadisə ilə bağlı araşdırmalarımız davam edir. Gün ərzində daha dolğun məlumatlar veriləcək.




Elvin
AzNews.az

Bağla X