Sürücülərin nəzərinə: Heydər Əliyev prospekti bağlandı

Heydər Əliyev prospektilə M.Nərimanov küçəsinin kəsişməsində yeraltı tunel tikintisilə əlaqədar olaraq Heydər Əliyev prospekti Əsas yolda (şəhər istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

"Qafqazinfo" xəbər verir ki, kənar yolda tikinti işləri başa çatdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Şəhər istiqamətində hərəkət edən sürücülərin kənar yola üstünlük vermələri məsləhət görülür.

AzNews.az