Tikintidə bədbəxt hadisə: fəhlə yıxılaraq öldü

Bu gün saat 12:07 radələrində Bakının Nərimanov rayonu ərazisində fəhlə hündürmərtəbəli binada aparılan təmir işləri zamanı 3-cü mərtəbədən yıxılıb.

Nəticədə fəhlə aldığı xəsarətlərdən ölüb.

Rayon Polis İdarəsinin 18-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Təhsil Nazirliyi ilə üzbəüz, Qədirbəyli 63A anvanındakı binada baş verib.

1946-cü il təvəllüdlü Elşad Əli oğlu Cabbarov ilkin ehtimala görə, fəhlə təmir işləri apararkən təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən yıxılıb. Hadisə şahidləri isə Elşad Cabbarovun 8-ci mərtəbədən yıxıldığını deyirlər. Hazırda meyid tibbi ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az