19:18
(077) 610-22-33

FHN ağır yol qəzası ilə bağlı məlumat yaydı

  • >
440 23 İyun 2013 07:50 | Hadisə

Fövqəladə Hallar Nazirliyi Bakı-Qazax yolunun 420-ci kilometrliyində, Tovuz rayonunun Qovlar kəndi ərazisində 6 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.


AzNews.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, Tovuz rayonu, Qovlar kəndində sahibləri məlum olmayan "VAZ" markalı minik avtomobili, "Qazel" markalı mikroavtobus və "Hyundai" markalı yük avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

Yanğın nəticəsində hər üç avtomobilərin yanar hissələri yanıb.

Qəza zamanı şəxsiyyəti məlum olmayan 6 nəfərin yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə etməklə avtomobillərdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az
Bağla X