- Köhnə - Hadisə
- 23 İyun 2013 10:01
- 1 888
Bakıda avtobus yandı
Ötən gecə Bakıda avtobus alışaraq yanıb. AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus "Isuzu" markalı mikroavtobusun salonu yanıb.
Avtobusun qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 05:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzNews.az