11:52
(077) 610-22-33

Azərbaycan idmançılarına silahlı hücum: 10 ölü

  • >
211 23 İyun 2013 13:52 | Hadisə

Alpinistlərin baza düşərgəsinə silahlı hücum faciəyə səbəb oldu


Himalay dağlarının Pakistan ərazisində yerləşən Nanqa Parbat zirvəsinə ekspedisiyada olan alpinistlərin baza düşərgəsinə silahlı hücum faciəyə səbəb olub.


Bakuinfo.Az-ın əldə etdiyi ilkin məlumata görə, dünən axşam saat 22:00-da naməlum silahlı dəstə alpinistlərin baza düşərgəsinə hücum edib. Tam dəqiqləşdirilməmiş məlumatda bildirilir ki, hücum nəticəsində 10 nəfər ölüb.

Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlı Pakistandan telefon bağlantısında Bakuinfo.Az-ın əməkdaşına faktı təsdiqləyib:

"Əsas qrup alpinistlər hücum zamanı 6100 metr hündürlükdə idilər. Həmin anda dağlarda olan Azərbaycan, Rusiya, Polşa, Türkiyə, İran, Gürcüstan və Latliyalı idmançılar xəsarət almayıb. Hal-hazırda baza düşərgəsi ərazisinə qoşun dəstələri gəlib. Bütün ekspedisiya qrupları hazırda eniş həyata keçirdirlər. Ekspedisiyanın dayandırılması haqqında qərar qəbul olunub".

Qeyd edək ki, 3 iyun 2013-cü ildə Azərbaycan tarixində ilk dəfə olaraq milli komanda ilə Himalay ekspedisiyasına start verilmişdi. Alpinizm üzrə Azərbaycan milli komandasının üzvləri Pakistana yola düşmüşdülər. Komandamızın məqsədi Nanqa Parbat zirvəsini(8125 m.) fəth etmək olub (Buna qədər idmançılarımız müxtəlif beynəlxalq ekspedisiyaların tərkibində altı dəfə Himalaya yürüşlər ediblər).

Milli komandamıza Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlı, federasiyanın üzvləri İsmayıl Əsgərov və Rüfət Qocayev daxildir.

Komandamız Diamerskoy divarı üzrə Kinşofer marşrutunu dəf etməyi planlaşdırmışdılar.

Ekspedisiya Heydər Əliyevin 90 illiyinə həsr olunub.

Paralel olaraq idmançılarımızla yanaşı, Ukrayna, Rusiya, Polşa, Gürcüstan komandaları da Nanqa Parbata ekspedisiya ediblər.

AzNews.az
Bağla X